"30 il ərzində yaşadıqları bütün ağrılara baxmayaraq, onların (Azərbaycan hakimiyyəti-qeyd) Qarabağda ermənilərə münasibəti hər cür tərifdən üstündür".
"Report" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlamasında bildirib.
Ərdoğan deyib ki, Qarabağda mülki insanlara qarşı həssaslıq nümayiş etdirilib.
"Azərbaycan ordusunun uğurları ilə fəxr edirik. Allah şəhid qardaşlarımıza rəhmət eləsin, yaralılara şəfalar diləyirəm", - Türkiyə lideri qeyd edib.
O, həmçinin regional layihələrdən də danışıb:
"Ümid edirik ki, Ermənistan xarici təxribatlara boyun əyməyəcək. Biz qonşumuz İranı da əhatə edəcək birgə layihələrlə regionumuzu çiçəklənən hövzəyə çevirmək istəyirik. Türkiyə ilə dost olan qazanır, düşmən olan uduzur. Dostlarımızın sayını artırmaq üçün bir yol axtarırıq".