Emmanuel Dupuy: "Fransa vətəndaşlarının Ermənistan tərəfdən döyüşməsi qəbuledilməzdir"

Emmanuel Dupuy: "Fransa vətəndaşlarının Ermənistan tərəfdən döyüşməsi qəbuledilməzdir" "Fransanın ikili vətəndaşlığa sahib vətəndaşlarının Azərbaycanda münaqişə zonasında Ermənistan tərəfdən iştirak etmələri Dağlıq Qarabağ probleminin həllinə və sülhün təmin olunmasına əngəllər yarada bilər".
Qarabağ
7579
19 Oktyabr , 2020 16:02
Emmanuel Dupuy: Fransa vətəndaşlarının Ermənistan tərəfdən döyüşməsi qəbuledilməzdir
Emmanuel Dupuy

"Fransanın ikili vətəndaşlığa sahib vətəndaşlarının Azərbaycanda münaqişə zonasında Ermənistan tərəfdən iştirak etmələri Dağlıq Qarabağ probleminin həllinə və sülhün təmin olunmasına əngəllər yarada bilər".

Bunu "Report"un yerli bürosuna Fransanın Avropada Perspektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy bildirib.

Onun sözlərinə görə, Fransa qanunlarına əsasən, ölkə vətəndaşlarının xarici dövlətlərə gedərək hərbi əməliyyatlarda iştirakı qadağan deyil: "Ancaq belə insanlar hərbi əməliyyatlarda iştirak edərsə, onda döyüşdükləri ölkənin qanunlarına tabedirlər. Bu səbəbdən münaqişələrdə hər zaman təsir altına düşüb xarici ölkələrdə hərbi əməliyyatlara qatılanlar olur. Lakin Fransanın ikili vətəndaşlığı olan vətəndaşlarının Azərbaycana münaqişə zonasına gedərək Ermənistan tərəfdən hərbi əməliyyatlarda iştirak etmələri qəbuledilməzdir. Çünki mülki vətəndaşların döyüşməsi vəziyyəti daha da çətinləşdirə bilər".

Fransalı ekspert deyib ki, Fransanın ikili vətəndaşlığı olan sivil vətəndaşlarının Azərbaycana gedərək münaqişə zonasında Ermənistan tərəfdən döyüşmələri hərbi əməliyyatları daha da ağırlaşdıra, atəşkəsi və sülhün yaradılmasını uzada və çətinləşdirə bilər: "Çünki döyüşlərə qatılan xarici vətəndaşlardan fərqli olaraq, hərbçilər müharibənin qaydalarından xəbərdardırlar və bu qanunlara mümkün qədər riayət etməyə çalışırlar. Müharibənin qanunlarına hörmət etməyənlər vəziyyəti yalnız mürəkkəbləşdirir və bu böhrandan çıxışı çətinləşdirirlər. Beləliklə, Fransa sivil vətəndaşlarının Azərbaycandakı münaqişə zonasında iştirakı atəşkəsə riayət olunması və sülhün yaradılması üçün böyük əngəllər törədə bilər".

Son xəbərlər

Orphus sistemi