Ekspert: "Azərbaycanın qələbəsi Cənubi Qafqazdakı vəziyyəti tamamilə dəyişdi"

Ekspert: "Azərbaycanın qələbəsi Cənubi Qafqazdakı vəziyyəti tamamilə dəyişdi" İkinci Qarabağ müharibəsi Cənubi Qafqazdakı və qonşu ölkələrdəki vəziyyəti tamamilə dəyişdi. Azərbaycanın ordusunun müzəffər yürüşü regionunun iqtisadi və mədəni inkişafı üçün zəmin yaratmış oldu.
Qarabağ
10 Noyabr , 2021 12:07
Ekspert: Azərbaycanın qələbəsi Cənubi Qafqazdakı vəziyyəti tamamilə dəyişdi

"İkinci Qarabağ müharibəsi Cənubi Qafqazdakı və qonşu ölkələrdəki vəziyyəti tamamilə dəyişdi. Azərbaycan Ordusunun müzəffər yürüşü regionun iqtisadi və mədəni inkişafı üçün zəmin yaratdı".

Bunu “Report”a Bilkənt Universiteti Nanotexnologiya Tədqiqat Mərkəzinin baş elmi işçisi, professor Əmirulla Məmmədov bildirib.

“Danılmaz faktdır ki, müxtəlif iqlim kataklizmləri dövründə ölkənin su ehtiyatlarına (içməli və kənd təsərrüfatı sahələrinin suvarılması üçün) malik olmasının özü də strateji ehtiyat hesab olunur. Azərbaycanın böyük su ehtiyatlarına, su anbarlarına və təbii resurslara malik torpaqların işğaldan azad edilməsi regionun daha intensiv inkişafına və indi müşahidə edilən xaricdən sərmayə axınına səbəb olacaq”, - o deyib.

Professor əlavə edib ki, işğala son qoyulduqdan dərhal sonra bu regionunun çiçəklənən bölgəyə çevrilməsi üzrə işlərə başlanılıb.

Ə.Məmmədov Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsindəki qələbədə həlledici rol oynadığını, müasir müharibədə yüksək səviyyə və geniş baxış bucağı nümayiş etdirdiyini vurğulayıb.

Onun sözlərinə görə, uzun illər boyu həm Azərbaycan Silahlı Qüvvələrinin, həm də ölkənin müdafiə sənayesinin inkişaf etdirilməsi istiqamətində böyük işlər görülüb: “Prezident İlham Əliyevin hakimiyyətə gəlməsi ilə bu prosesə həm kəmiyyət, həm də keyfiyyət baxımından əlavə təkan verildi”.

Son xəbərlər

Orphus sistemi