Biləsuvarda Anım Gününə həsr olunan mini futbol turnirinə start verilib

Biləsuvarda Anım Gününə həsr olunan mini futbol turnirinə start verilib Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında Anım Gününə həsr olunmuş ümumtəhsil məktəbləri arasında mini futbol üzrə rayon turnirinə start verilib.
Qarabağ
28 Sentyabr , 2022 18:17
Biləsuvarda Anım Gününə həsr olunan mini futbol turnirinə start verilib

Biləsuvar Rayon Gənclər və İdman İdarəsinin və Şirvan-Salyan Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasında Anım Gününə həsr olunmuş ümumtəhsil məktəbləri arasında mini futbol üzrə rayon turnirinə start verilib.

"Report"un Muğan bürosunun məlumatına görə, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə turnir başlayıb.

Çıxış edənlər bildirib ki, 27 sentyabr Anım Gününə həsr olunmuş turnirin əsas məqsədi şəhidlərimizin xatirəsinin yad edilməsi, yeniyetmə və gənclərin idmana, sağlam həyat tərzinə marağın artmasına, həmçinin ümumtəhsil məktəbləri arasında dostluq əlaqələrinin möhkəmlənməsinə töhfə verilməsidir.

Turnirdə dörd qrup üzrə 16 komanda birinci yer uğrunda mübarizə aparacaq.

İlk turun oyunları arasında gərgin mübarizə və yüksək azarkeş dəstəyi ilə yadda qalıb. Keçirilən yarışda Şəhər 1 saylı tam orta məktəbin komandası Şəhər 1 saylı ümumi orta məktəbin komandası üzərində, Nərimankənd kənd tam orta məktəbin komandası Çaylı kənd tam orta məktəbin komandası üzərində, Şəhər 4 saylı tam orta məktəbin komandası Əsgərabad kənd tam orta məktəbin üzərində qələbə qazanmaqla qrupdakı ilk xallarını əldə ediblər.

Son xəbərlər

Orphus sistemi