Bakıdan erməniəsilli şəxslərə 40 ton humanitar yardım aparan karvan Ağdam-Xankəndi yolunda gözləyir

Bakıdan erməniəsilli şəxslərə 40 ton humanitar yardım aparan karvan Ağdam-Xankəndi yolunda gözləyir Bir gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolundadır.
Qarabağ
30 Avqust , 2023 08:11
Bakıdan erməniəsilli şəxslərə 40 ton humanitar yardım aparan karvan Ağdam-Xankəndi yolunda gözləyir

Bir gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola salınan humanitar yardım karvanı Ağdam-Xankəndi yolundadır.

Bu barədə “Report”un əraziyə ezam olunmuş əməkdaşı xəbər verir.

Belə ki, içərisində 40 ton un məmulatları olan iki TIR dünəndən etibarən Ağdam-Xankəndi yolunun üzərindəki Rusiya sülhməramlılarının postunun qarşısında gözləyir.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşları, könüllülər ötən gün ərazidə qurulan çadırlarda gecələyib və istirahət ediblər.

Onların əsas məqsədi Qarabağda yaşayan erməniəsilli vətəndaşlara humanitar yardım göstərməkdir və bunun üçün içərisində 40 ton un məmulatı olan iki yük avtomobili Ağdam-Xankəndi yolunun üzərində dayanıb.

Humanitar yardımın Xankəndiyə çatdırılması ilə bağlı ötən gün qurumun əməkdaşları Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhmərmalıları ilə danışıqlar aparıblar və onlara yüklərin daşınması ilə bağlı hər hansı bir cavab hələ də verilməyib.

Bu, bir daha Ağdam-Xankəndi yolunun istifadəsinə məqsədyönlü şəkildə Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı və dəstəklədiyi qondarma rejim tərəfindən süni əngəllər yaradıldığını sübut edir.

Son xəbərlər

Orphus sistemi