ATƏT-in fəaliyyətdə olan sədri: “Silahlı insidentlər regionda gərginliyi artırır”

ATƏT-in fəaliyyətdə olan sədri: “Silahlı insidentlər regionda gərginliyi artırır” “Ötən gün Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı insident kimi hadisələr regionda gərginliyin artmasına səbəb ola bilər”.
Qarabağ
12 Aprel , 2023 13:35
ATƏT-in fəaliyyətdə olan sədri: “Silahlı insidentlər regionda gərginliyi artırır”

“Ötən gün Ermənistan-Azərbaycan sərhədində baş verən silahlı insident və bu cür xoşagəlməz hallar regionda gərginliyin artmasına səbəb ola bilər”.

"Report" xəbər verir ki, bunu Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

"Azərbaycana gələn kimi hadisə ilə bağlı dərhal mənə məlumat verildi. Həlak olanlarla bağlı başsağlığımı çatdırdım. Təəssüf ki, belə hadisələr vəziyyəti daha da gərginləşdirə bilər", - B.Osmani deyib.

Fəaliyyətdə olan sədr qeyd edib ki, ATƏT regiona sülh gətirmək üçün Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına kömək etməyə hazırdır.

Qeyd edək ki, aprelin 11-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun üç hərbi qulluqçusu - Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub.

Son xəbərlər

Orphus sistemi