Anar Kərimov: “UNESCO Ermənistandan minaların xəritəsini tələb etməlidir”

Anar Kərimov: “UNESCO Ermənistandan minaların xəritəsini tələb etməlidir” “Jurnalistlər öz jurnalistika fəaliyyətlərinə görə qurbana çevrilməməlidir. Kəlbəcərdə iki azərbaycanlı jurnalistinin öldürülməsi Ermənistanın öz öhdəliklərinə hörmət etmədiyinin bir daha dəlildir”.
Qarabağ
5 İyun , 2021 10:32
Anar Kərimov: “UNESCO Ermənistandan minaların xəritəsini tələb etməlidir”
Anar Kərimov

“Jurnalistlər öz peşə fəaliyyətlərinə görə qurbana çevrilməməlidir. Kəlbəcərdə iki Azərbaycan jurnalistinin öldürülməsi Ermənistanın öz öhdəliklərinə hörmət etmədiyinə daha bir dəlildir”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov tvitter səhifəsində yazıb.

“UNESCO insan həyatlarını xilas etmək üçün minaların xəritəsini tələb etməlidir”, - nazir qeyd edib.

Qeyd edək ki, Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi dünən səhər saatlarında tank əleyhinə minaya düşüb. Partlayış nəticəsində çəkiliş qrupunun iki üzvü - Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyev həlak olub, daha 4 nəfər isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi