Almaniya səfiri: “Qarabağın yenidən qurulması nəsillərin layihəsidir”

Almaniya səfiri: “Qarabağın yenidən qurulması nəsillərin layihəsidir” “Qarabağın yenidən qurulması nəsillərin layihəsidir”.
Qarabağ
30 Noyabr , 2022 12:22
Almaniya səfiri: “Qarabağın yenidən qurulması nəsillərin layihəsidir”

“Qarabağın yenidən qurulması nəsillərin layihəsidir”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann bildirib.

O deyib ki, istənilən investisiya üçün əsas şərtlərdən biri etibarlılıqdır: “Beləliklə, Qarabağda çoxlu imkanları var. Amma orada hələ də mina təhlükəsi mövcuddur. Minatəmizləmə işləri çox vaxt aparacaq. Buna görə də hesab edirəm ki, bu məsələni istənilən investor nəzərə almalıdır”.

Orta Dəhlizin potensialından danışan səfir əlavə edib ki, Cənubi Qafqaz ölkələri ticarət qovşağı kimi potensialından tam istifadə etmək üçün infrastrukturunu yaxşılaşdırmalı, investorlar üçün cəlbedici şərtlər təklif etməlidir: “Almaniya Avropa İttifaqının bir hissəsidir. Almaniyadan danışan zaman Avropanı da nəzərdə tuturam. Asiya bazarı Avropa üçün çox vacibdir. Əsasən şərqdən qərbə, həmçinin əks istiqamətdə böyük ticarət dövriyyəsi mövcuddur. Əvvəllər ticarət axınının böyük hissəsi Rusiyadan keçirdi. İndisə bu göstərici azalır. Odur ki, bu, Cənubi Qafqaz ölkələri üçün yeni imkan yaradır”.

Son xəbərlər

Orphus sistemi