Aİ səfiri: “Azərbaycan əhalisi mina təhlükəsindən qorunmalıdır”
Aİ səfiri: “Azərbaycan əhalisi mina təhlükəsindən qorunmalıdır”Azərbaycan əhalisi işğaldan azad edilmiş ərazilərdə minaların törətdiyi təhlükədən qorunmalıdır.
Azərbaycan əhalisi işğaldan azad edilmiş ərazilərdə minaların törətdiyi təhlükədən qorunmalıdır.
“Report” xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Peter Mixalko “X” sosial şəbəkəsindəki hesabında yazıb.
“Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) daha bir istehkamçısının yaralanması xəbərindən dərindən kədərləndik. Azərbaycan əhalisi minaların yaratdığı ölümcül təhlükədən qorunmalıdır. Aİ bütün minaların məhv edilməsi səylərində Azərbaycana dəstəyini davam etdirəcək”, - paylaşımda qeyd edilib.
Very sad to learn that another #ANAMA deminer was heavily injured by a landmine explosion. People in Azerbaijan should live free of the horrible danger that the landmines represent. The EU will continue to support Azerbaijan in the effort to eliminate all landmines.