Ağstafada Zəfər Günü qeyd edilib

Ağstafada Zəfər Günü qeyd edilib Ağstafa rayonunda 8 noyabr - Zəfər günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.
Qarabağ
8 Noyabr , 2021 18:30
Ağstafada Zəfər Günü qeyd edilib

Ağstafa rayonunda 8 noyabr - Zəfər günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, öncə Şəhidlər Xiyabanında torpaqlarımızın azadlığı uğrunda canlarından keçən vətən oğullarının məzarları ziyarət edilib, ruhlarına dualar oxunub.

Tədbirdə şəhid ailə üzvləri, ictiamiyyət nümayəndələri, qazilər, müharibə veteranları iştirak edib. Rayon mərkəzində şəhidlərin adları qeyd olunan xatirə abidəsini şəhid valideynlərinin iştirakı ilə açılışı olub. Daha sonra Heydər Əliyev parkında müxtəlif sərgilər nümayiş olunub. Əl işlərindən ibarət əsərlər, Qarabağ mövzusunda nümayiş edilən rəsmlər xüsusilə diqqət çəkib.

Vətən müharibəsində xüsusi rol oynayan Bayrakdarın maketi, qənimətlər parkının kiçik modeli ziyarətçilərin marağına səbəb olub. Tədbirdə gənc imançılar öz bacarıqlarını nümayiş etdiriblər. Zəfər günü tədbirində çıxış edənlər bildirib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazıb.

Heydər Əliyev Mərkəzi önündə davam edən “Qarabağ Azərbaycandır!” adlı bayram konsertində vətənpərvərlik mövzusunda musiqili proqram təqdim edilib. Tədbirdə iştirak edən şəhid valideynləri vətən müharibəsində canlarından keçən Şəhidlərlə qürur duyduqlarını ifadə ediblər.

Son xəbərlər

Orphus sistemi