MSK qeydiyyatdan keçən müşahidəçilərin sayını açıqlayıb
Daxili siyasət
- 30 mart, 2018
- 12:46
MSK sədri Məzahir Pənahov
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 30 mart. REPORT.AZ/ “Azərbaycanda aprelin 11-də keçirilməsi nəzərdə tutulan Prezident seçkilərini izləmək üçün 52 ölkənin vətəndaşları müşahidəçi kimi qeydiyyatdan keçiblər”.
“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
O bildirib ki, beynəlxalq müşahidəçilərin qeydiyyat prosesi hələ də davam edir.
MSK sədri qeyd edib ki, ölkə üzrə müşahidə aparmaq üçün 1281 müşahidəçi qeydiyyatdan keçib: “Onlardan 277-si öz təşəbbüsü, 783-ü QHT-lərin xətti, 220-si partiyaların təşəbbüsü, 1 nəfər isə xüsusi icazə ilə müşahidəçi qismində qeydiyyatdan keçib. Dairələr üzrə 53 min 900 müşahidəçi qeydiyyatdan keçib. Bunların arasında 12 partiyanın müşahidəçiləri var”.
Son xəbərlər
04:57
"İstəklilər koalisiyası" Ukraynaya təxminən 1 500 hərbçi göndərəcək
Digər ölkələr
04:31
Aİ Arktikada ABŞ və Rusiyaya qarşı mübarizə üçün proqrama başlamaq niyyətindədir
Digər ölkələr
03:47
Sankt-Peterburqda beş nəfər meymunçiçəyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib
Region
03:23
KXDR yeni süni intellektə əsaslanan torpedasını sınaqdan keçirib
Digər ölkələr
03:17
CENTCOM: ABŞ blokada dövründə İranın 25 milyard dollarlıq neft ixracını bloklayıb
Digər ölkələr
02:54
Hindistanda süni intellekt agentləri bir neçə şirkətin sistemlərinə haker hücumu ediblər
İKT
02:18
Rusiya Baş nazirinin müavini ölkədə benzin qıtlığı ilə bağlı vəziyyəti gərgin adlandırıb
Region
02:18
AK 2027-ci ildə Ukrayna üçün əlavə maliyyələşdirmə təklifləri hazırlayacaq
Digər ölkələr
02:10
Tramp Ağ Evin mətbuat katibinin işdən çıxarılmasını təsdiqləyib
Digər ölkələr