Macarıstanlı avroparlamentari: "Azərbaycanda Prezident seçkiləri azad və ədalətli keçirilib"

Macarıstanlı avroparlamentari: "Azərbaycanda Prezident seçkiləri azad və ədalətli keçirilib" "Seçkinin nəticələri Azərbaycan xalqının istəyi ilə üst-üstə düşür"
Daxili siyasət
25 İyun , 2018 15:25
Macarıstanlı avroparlamentari: Azərbaycanda Prezident seçkiləri azad və ədalətli keçirilib
0 : 00
0 : 00

Strasburq. 25 iyun. REPORT.AZ/ "Azərbaycanda Prezident seçkiləri azad və ədalətli keçirilib".

"Report"un Qərbi Avropa bürosunun məlumatına görə, bunu macarıstanlı avroparlamentari Monika Bartos iyunun 25-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburq şəhərində keçirilən yay sessiyasında aprelin 11-də Azərbaycanda baş tutmuş Prezident seçkiləri ilə bağlı hesabatın müzakirəsi zamanı deyib. 

"Mən AŞPA üzvü qismində deyil, sadəcə, beynəlxalq müşahidəçi kimi Azərbaycanda keçirilən Prezident seçkilərini izləmişəm. Seçki günü polşalı həmkərlarımla birlikdə seçki məntəqələrinin açılışı, bağlanışı və səslərin hesablanmasında iştirak etmişəm. Müşahidələrimizə əsasən, seçki zamanı heç bir qanun pozuntusuna yol verilməyib. Hətta bir müsbət halı xüsusi qeyd etmək istəyirəm ki, seçkinin gedişatı zamanı namizədlərin istər sərbəst toplaşma hüququ olsun, istərsə də digər hüquqları yüksək səviyyədə təmin edilib. Hesab edirəm ki, seçkinin nəticələri Azərbaycan xalqının istəyi ilə üst-üstə düşür", - o qeyd edib.

M.Bartos bildirib ki, bu gün Azərbaycan Macarıstanın regionda ən mühüm tərəfdaşıdır. 

Son xəbərlər

Orphus sistemi