Çingiz Əsgərov: "Avropa Məhkəməsi Azərbaycanın seçki sahəsində qanunvericiliyinin demokratiyaya xidmət etdiyini etiraf edir"

Çingiz Əsgərov: "Avropa Məhkəməsi Azərbaycanın seçki sahəsində qanunvericiliyinin demokratiyaya xidmət etdiyini etiraf edir" "Əminəm ki, aprel ayında prezident seçkiləri yüksək səviyyədə və demokratik prinsiplərə uyğun qaydada baş tutacaq"
Daxili siyasət
27 Fevral , 2018 10:30
Çingiz Əsgərov: Avropa Məhkəməsi Azərbaycanın seçki sahəsində qanunvericiliyinin demokratiyaya xidmət etdiyini etiraf edir
Avropa Məhkəməsi yanında Azərbaycanın daimi nümayəndəsi Çingiz Əsgərov / Report

Bakı. 27 fevral. REPORT.AZ/ "Azərbaycanda seçki idarəetməsinin səviyyəsi artıb. Artıq MSK özünün əldə etdiyi biliklərə əsasən həmin təlimi keçirə bilər".

"Report" xəbər verir ki, bunu İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycanın daimi nümayəndəsi Çingiz Əsgərov seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan seminarda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ötən illər ərzində keçirilən seçkilərin nəticəsinə əsasən demək olar ki, ölkədə seçki idarəetmə peşəkarlığı yüksək səviyyədə qalıb.

Ç.Əsgərov qeyd edib ki, Azərbaycanda artıq seçki mədəniyyəti artıb və seçki mühiti zənginləşib: "Bununla da seçkilər zamanı verilən ərizə və şikayətlərin sayı xeyli azalıb. Uydurma və əsassız şikayətlər isə demək olar ki, verilmir. Şikayətlər əsasən texniki səhvlərə görə olur. Əminəm ki, aprel ayında keçiriləcək prezident seçkiləri yüksək səviyyədə və demokratik prinsiplərə uyğun qaydada baş tutacaq. Seçkilər bir daha onu göstərəcək ki, səsvermə seçki qanunvericiliyinə və müasir tələblərə cavab verəcək formada həyata keçirilir".

Ç.Əsgərov əlavə edib ki, Avropa Məhkəməsi Azərbaycanın seçki sahəsindəki qanunvericiliyinin demokratiyaya xidmət etdiyini etiraf edir. 

Son xəbərlər

Orphus sistemi