Rəsm çəkməyə yeni başlayanı yalnız bir neçə insan başa düşür. Məşhuru isə daha az. Yəqin ki, Pablo Pikassonun bu ifadəsi uşaqlıqdan ömrü fırça və kətan ilə bağlı olan gənc bakılı Zöhrab Salamzadənin yaradıcılığını ən dəqiq şəkildə təsvir edir.
Hələ peşə məktəbində oxuduğu müddətdə adi və gündəlik rəssamlıq dərsləriylə yanaşı, onda mifologiyaya maraq yaranıb və bu, sonradan Şərq mifologiyasında parlaq və heç də birmənalı qarşılanmayan personajların - cinlərin öyrənilməsinə qədər artıb.
Altı ildən çoxdur ki, Zöhrab Salamzadə “quyruqlu dostları” ilə özünəməxsus və güclü münasibətlər qurub. Salamzadənin əsərlərindəki cinlər heç vaxt diqqətsizlikdən şikayət etmir, əksinə, rəssam işlərinin çoxunu onlara həsr edib. Bunun cavabında isə, rəssamın sözlərinə görə, cinlər hətta bir neçə dəfə onun yanına gəliblər.
Zöhrab Salamzadənin niyə cinləri çəkməyə başladığını və niyə onların varlığına inandığını “Report”un xüsusi reportajımında izləyə bilərsiniz.