"Zirə" UEFA Avropa Liqasında qələbə ilə debüt edib - FOTOREPORTAJ

"Zirə" UEFA Avropa Liqasında qələbə ilə debüt edib - FOTOREPORTAJ Qəsəbə təmsilçisi Lüksemburqun "Differdanj" klubunu məğlub edib
Multimedia
29 İyun , 2017 22:50
Zirə UEFA Avropa Liqasında qələbə ilə debüt edib - FOTOREPORTAJ
Foto: Report.az

Bakı. 29 iyun. REPORT.AZ/ Bu gün Azərbaycan klubları üçün futbol üzrə 2017/2018 avrokubok mövsümünə start verilib.

"Report" xəbər verir ki, ilk matç Mərdəkandakı "Dalğa Arena"da baş tutub.

Avrokuboklarda debüt edən “Zirə” Bakıda Lüksemburqun “Differdanj” komandası ilə qarşılaşıb.

Oyun ərzində üstün futbol sərgiləyən Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv rəqibini 2:0 hesabı ilə üstələyib. Qəsəbə təmsilçisinin heyətində qanalı hücumçu Riçard Qadze və haitili forvard Kervens Belfort fərqləniblər.

Bu kollektivlər arasında cavab oyunu iyulun 6-da Lüksemburqda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Avropa Liqası, I təsnifat mərhələsi, ilk oyun

29 iyun

21:00. “Zirə” (Azərbaycan) – “Differdanj” (Lüksemburq) 2:0

Qol: Riçard Qadze, 22. Kervens Belfort, 80

Baş hakim: Daniyar Saxi

Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Alibek Aubakirov.

Dördüncü hakim: Marat İskakov (hakimlər briqadası Qazaxıstandandır)

UEFA nümayəndəsi: Cem Cenk (Türkiyə)

Hakim-inspektor: İqor Satki (Moldova)

Bakı. “Dalğa Arena”

Son xəbərlər

Orphus sistemi