Türkiyə parlamentinin binası partlayışdan sonra - FOTOREPORTAJ

Türkiyə parlamentinin binası partlayışdan sonra - FOTOREPORTAJ Hücum zamanı 2 nəfər ağır olmaqla 12 polis yaralanıb, məclisin binası yarasız hala düşüb
Multimedia
20 İyul , 2016 14:00
Türkiyə parlamentinin binası partlayışdan sonra - FOTOREPORTAJ

Ankara. 20 iyul. REPORT.AZ/ Dövlət çevrilişinə cəhd zamanı ən ağır hücumlardan biri Türkiyə Böyük Millət Məclisinə (TBMM) edildi. TBMM binası təyyarələr tərəfindən fasilələrlə 3 dəfə bombalanıb. 

Hücum zamanı 2 nəfər ağır olmaqla 12 polis yaralanıb, məclisin binasının bir hissəsi yarasız hala düşüb.
Qeyd edək ki, dövlət çevrilişinə cəhd edən silahlı qruplaşma üzvləri TBMM bombalayan zaman millət vəkilləri orada olub və binanın sığınacaqlarına girərək heç bir xəsarət almdan xilas olublar.
Xatırladaq ki, iyulun 15-də Türkiyədə hərbçilərdən ibarət silahlı qruplaşma dövlət çevrilişinə cəhd edib. Prezident Rəcəb Tayyip Ərdoğanın çağırışından sonra əhali meydanlara toplaşıb, daxili xidmət orqanları tərəfindən dövlət çevrilişinə cəhdin qarşısı alınıb.

"Report" Türkiyə Böyük Millət Məclisinin bombalanmadan sonrakı vəziyyətini əks etdirən fotoreportajı təqdim edir.

Son xəbərlər

Orphus sistemi