Sənətkarı sahibkarlığa aparan yol - UĞUR HEKAYƏSİ - VİDEOREPORTAJ

Sənətkarı sahibkarlığa aparan yol - UĞUR HEKAYƏSİ - VİDEOREPORTAJ Kürdəmir sakini Habil Mürsəl oğlu Məmmədovun uşaqlıqdan dülgərlik sənətinə böyük həvəsi olub. O, bu sənəti dayısından öyrənib.
Multimedia
1 İyul , 2019 18:21
Sənətkarı sahibkarlığa aparan yol - UĞUR HEKAYƏSİ - VİDEOREPORTAJ
Report

Kürdəmir sakini Habil Mürsəl oğlu Məmmədovun uşaqlıqdan dülgərlik sənətinə böyük həvəsi olub. O, bu sənəti dayısından öyrənib.

H.Məmmədov “Report”un Yuxarı Şirvan bürosuna bildirib ki, taxtadan ev əşyaları hazırlamaq üçün istifadə olunan dəzgahlar baha olduğundan müxtəlif sexlərdə çalışıb:

“Eşitdim ki, rayon məşğulluq idarəsində “Özünəməşğulluq proqramı” fəaliyyətə başlayıb. Mən də hamı kimi həmin proqrama qatıldım və təlimlərdə iştirak etdim. Bir neçə ay həmin təlimlərdə iştirak etdikdən sonra öz biznes-planımı hazırlayıb idarəyə təqdim etdim. Xoşbəxtlikdən layihə çərçivəsində hazırladığım biznes-plan xoşlarına gəldi və məni “Özünəməşğulluq proqramı"nda nəzərədə tutulmuş aktivlərlə təmin etdilər. Bundan sonra mən öz işimi böyütməyə başladım. Artıq bütün avadanlıqlarla təhciz olunmuş öz sexim var. Kifayət qədər də müştəri toplamağa nail olmuşam”.

Sənətkar deyib ki, ay ərzində, təqribən, 10-12 sifarış qəbul edə bilir: “Əsasən, stol, stul, uşaq dəsti, böyük dəsti, mebellər və digər aksessuarlar hazırlayıram. Əgər istənilən material olarsa, dülgərlik sahəsinə aid bütün işləri görə bilirəm. Amma mən bununla kifayətlənmək istəmirəm gələcəkdə də bu işimi genişləndirərək daha böyük sexlər açmaq və əhaliyə keyfiyyətli xidmət göstərmək istəyirəm. Gənclərə də tövsiyə edirəm ki, heç vaxt həvəsdən düşməsinlər. Çünki sənət öyrənmək heç vaxt gec deyil”.

Son xəbərlər

Orphus sistemi