Bakı. 18 avqust. REPORT.AZ/ Bu gün Qəbələ şəhərinin eyniadlı klubu UEFA Avropa Liqasının "play-off" mərhələsində ilk qarşılaşmasına çıxıb.
"Report" xəbər verir ki, Azərbaycan klubu “Dalğa Arena”da Sloveniyanın “Maribor” kollektivini qəbul edib.
Görüş "Qəbələ" üçün gözlənilməz başlayıb. Belə ki, matçın 17-ci dəqiqəsində rəqib Tavaresin qolu ilə hesabda irəli çıxıb. Lakin "Maribor"un üstünlüyü çox sürməyib və Azərbaycan klubu Sergey Zenyovun 37-ci dəqiqədə vurduğu dəqiq zərbə ilə oyunda tarazlığı bərpa edib. Komandalar fasiləyə 1:1 hesabı ilə yollanıblar.
Matçın ikinci hissəsinin əvvəlində “Qəbələ” rəqib qapısından ardıcıl iki top keçirib. Baqali Dabo 50 və 52-ci dəqiqələrdə iki qol vuraraq hesabı 3:1-ə çatdırıb. Oyun bu hesabla da başa çatıb.
Avropa Liqası, "play-off" mərhələsi, ilk oyun
21:00. "Qəbələ" – "Maribor" (Sloveniya) - 3:1
Qol: Sergey Zenyov, 37. Dabo,50; 52 - Tavares, 17
Baş hakim: Aleksey Kulbakov
Baş hakimin köməkçiləri: Vitali Malyutin, Oleq Maslyanko
Dördüncü hakim: Denis Şerbakov (hamısı Belarus)
Hakim-inspektor: Sergey Zuyev (Rusiya)
UEFA nümayəndəsi: Bakar Jordaniya (Gürcüstan)
Bakı. "Dalğa Arena" stadionu.