Bu gün İkinci Dünya müharibəsinin başa çatmasının, faşizm üzərində Qələbənin 74-cü ildönümü qeyd olunur.
“Report” müharibədə iştirak edən iki veteranın fotosessiyasını təqdim edir.
Qeyd edək ki, Suraxanı rayon Veteranlar Şurasının üzvü Belikov Aleksandr Vasilieviç 1924-cü ilin iyun 2-də Rusiyanın Həştərxan vilayətində dünyaya gəlib. O, 1942-1943-cü illərdə 62-ci ordunun tərkibində Stalinqrad uğrunda döyüşlərdə iştirak edib. Tarix, rəsm və rəsmxətt müəllimi, Pirşağı internat məktəbində isə baş müəllim vəzifəsində çalışıb.
Nərimanov rayon Veteranlar Şurasının üzvü Əliyev Hümbət Soltanəli oğlu 1922-ci ilin yanvarın 21-də Füzuli rayonunun Kürmahmudlu kəndində anadan olub. O, müharibəyə 1942-ci ildə Mazdok cəbhəsində qoşulub. 1948-ci ilə kimi ordu sıralarında xidmət edib. 1950-1961-ci illər ərzində Azərbaycan Pedaqoji İnstitutunda Riyaziyyat fakültəsində təhsil alıb. 1950-1960-cı illərdə İmişli rayonu Qızılkənd kəndində orta məktəb direktoru, 40 il isə Füzuli rayonu kənd məktəbində fizika və kimya müəllimi, partiya komitəsinin katibi vəzifələrində çalışıb. 2 övladı, 8 nəvə və 16 nəticəsi var.