Hacı Zeynalabdin Tağıyevin məzarı - FOTOREPORTAJ

Hacı Zeynalabdin Tağıyevin məzarı - FOTOREPORTAJ O, Azərbaycan xalqının yaddaşında xeyriyyəçilik mücəssəməsi kimi qalıb
Multimedia
14 Fevral , 2015 14:12
Hacı Zeynalabdin Tağıyevin məzarı - FOTOREPORTAJ

Bakı. 14 fevral. REPORT.AZ/ Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edib. 10 yaşında atası onu bir bənna yanına usta köməkçisi işinə düzəldir. 12 yaşına çatanda o, artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır.

Tağıyev həm neftxuda, həm dəyirman sahibi, həm fabrikant, həm böyük balıq sənayeçisi, həm də ticarət və yük gəmilərinin sahibi idi. Quba tərəfdə Atlıxanda, Yevlax ətrafında böyük meşələri vardı. Ənzəli və Rəşt ərazisində də onun meşələri, böyük malikanəsi, binaları və nümayəndəliyi, başqa şəhərlərdə, o cümlədən Moskvada 4 mərtəbəli iri sarayı, İranda karvansaraları vardı.

1924-cü il sentyabr ayının 1-də vəfat edən Tağıyev öz vəsiyyətinə uyğun olaraq Mərdəkan qəsəbəsində torpağa tapşırılıb. 1991-ci ildə vəfat edən Tağıyevin qızı Sara xanım da vəsiyyətinə uyğun olaraq atasının məzarının yanında dəfn edilib.

Hacı Zeynalabdin Tağıyev Azərbaycan xalqının yaddaşında xeyriyyəçilik mücəssəməsi kimi qalıb.

"Report" məşhur xeyriyyəçinin və qızının məzarının fotolarını təqdim edir.

Son xəbərlər

Orphus sistemi