Hacı Zeynalabdin Tağıyevin evi təmir olunmasa, tamamilə dağıla bilər - FOTOREPORTAJ

Hacı Zeynalabdin Tağıyevin evi təmir olunmasa, tamamilə dağıla bilər - FOTOREPORTAJ Milyonçunun 1885-1924-cü illərdə yaşadığı ev uzun müddətdir baxımsız qalıb və uçmaq təhlükəsi ilə üzləşib
Multimedia
5 Avqust , 2015 14:53
Hacı Zeynalabdin Tağıyevin evi təmir olunmasa, tamamilə dağıla bilər - FOTOREPORTAJ

Bakı. 5 avqust. REPORT.AZ/ Məşhur azərbaycanlı milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Mərdəkanda yerləşən evi tezliklə əsaslı şəkildə təmir olunmasa, tamamilə dağıla bilər.  

"Report" xəbər verir ki, milyonçunun 1885-1924-cü illərdə yaşadığı ev uzun müddətdir baxımsız qalıb və uçmaq təhlükəsi ilə üzləşib. 

H.Z.Tağıyevin evində hazırda məcburi köçkünlər məskunlaşıb. 

Qeyd edək ki, 1920-ci ildə sovet qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində Tağıyevin bütün var-dövləti, mülkləri əlindən alınıb. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə milyonçuya yaşamaq üçün mülk seçmək imkanı verilib. O, Mərdəkandakı ata evini seçib. Ömrünün son illərini bu evdə keçirib. 1924-cü il sentyabrın 1-də bu evdə vəfat edib. Hacı Zeynalabdin Tağıyevin vəfatından sonra  Böyük Vətən Müharibəsi illərində bu evdə təxliyyə hospitalı yerləşib. 

Son xəbərlər

Orphus sistemi