Gözündən əməliyyat olunan qazimizə protez qoyulub - VİDEO

Gözündən əməliyyat olunan qazimizə protez qoyulub - VİDEO Həkimlər yaxın bir neçə ayda problemlərin tam aradan qalxacağını deyiblər
Multimedia
11 Mart , 2021 15:30
Gözündən əməliyyat olunan qazimizə protez qoyulub - VİDEO
Nuralı Abdullayev

“Bir gün zəng elədilər ki, gəl Zərifə Əliyeva adına klinikaya. İsti münasibət var idi. Protez qoydular, bu günə, Şükür, yaxşıyam”.

Bunu “Report”a “YAŞAT Fondunun təşəbbüsü ilə Azərbaycana gələn israilli həkimlərin sol gözünü amputasiya etdiyi Qarabağ qazisi Nuralı Abdullayev deyib.

N.Abdullayev bildirib ki, həkimlər yaxın bir neçə ayda problemlərin tam aradan qalxacağını deyiblər:

“Gözümün qapağı bağlanmır, sinirlərdə tənbəlləşmə var. Həkimlər deyir, bir neçə aya qapaq açılar. Hazırda gözümdən yaş gəlir, amma ona görə də müalicə olacaq”.

44 Günlük Vətən müharibəsində igidlik göstərənlərdən biri də Nuralı Abdullayev Şiralı oğludur. 1991-ci ildə Oğuz rayonunun Sincan kəndində anadan olan Nuralı 1997-ci ildə Abdul Hüseynov adına orta məktəbdə təhsil almağa başlayır. Orta məktəbi bitirdikdən bir müddət sonra çalışmağa başlayan N.Abdullayev 2009-cu ildə Ağstafa rayonuna hərbi xidmətə yollanır.

İkinci Qarabağ müharibəsi başlayan gün - sentyabrın 27-də çağırış əsasında Gəncəyə təlimə gedib, oktyabrın 12-də isə Füzuli istiqamətinə yollanıb. Qəhrəman döyüşçü Qubadlı, Cəbrayıl və Laçın döyüşlərində iştirak edib. Noyabrın 1-də Laçın döyüşlərində üzün sol nahiyəsindən minaatan mərminin 3 qəlpəsilə yaralanıb və sol gözü zədələnib.

“Report” Nuralı Abdullayevlə bağlı süjeti təqdim edir:

Son xəbərlər

Orphus sistemi