Azərbaycan üzgüçüsü Ramil Vəlizadə Bakıda keçirilən Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final mərhələsinə yüksəlib.
"Report" xəbər verir ki, Vəlizadə buna yarımfinalda batterflay üsulla üzmə yarışında 200 metr məsafəni 2 dəqiqə 2,63 saniyəyə qət etməklə nail olub. O, göstərdiyi nəticə ilə, ümumilikdə, 3-cü yeri tutub.
Qeyd edək ki, batterflay üsulla üzmə yarışında final iyulun 24-də keçiriləcək.