Bakıda müqəddəs Endryu günü qeyd olunub
Multimedia
- 29 noyabr, 2014
- 11:42
Bakı. 29 noyabr. REPORT.AZ / İçərişəhərdə Bakı Kaledoniya Cəmiyyətinin Müqəddəs Endryu günü münasibətilə təşkil etdiyi bayram tədbirlərinin bir hissəsi kimi milli geyimdə olan Şotlandiya volınkaçılarının paradı baş tutub. "Report" xəbər verir ki, şotland volınkaçı və təbilçilərinin "The Vale of Athol pipe and Drum Band" paradı Qoşa Qala Qapısının qarşısındakı əsas meydanda musiqi sədaları altında başlayıb. Daha sonra musiqiçilər Endryu gününün mədəniyyətlərarası xarakterini təcəssüm etdirmək üçün İçərişəhərin küçələrindən keçiblər.
Volınkaçıların paradı Qız Qalası yaxınlığında yekunlaşıb.
Qeyd edək ki, şotlandiyalılar Müqəddəs Endryunu Şotlandiyanın himayəçisi hesab edirlər və hər il noyabr ayında onun şərəfinə tədbirlər təşkil edirlər.
Son xəbərlər
23:25
Sabah Bakıda və bir sıra rayonlarda elektrik enerjisinin verilişində fasilələr yaranacaq
Energetika23:15
Video
Prezidentin Özbəkistana dövlət səfəri ilə bağlı videoçarx hazırlanıb
Xarici siyasət22:58
Fransa və Səudiyyə Ərəbistanı Paris yaxınlığında 6 milyard avroluq park inşa edəcəklər
Digər ölkələr22:36
ABŞ Suriyanı terrorçuluğun sponsorları siyahısından çıxarıb
Digər ölkələr22:25
"Tvente" "Qarabağ"la oyundan əvvəl Sondre Eryaseterlə müqavilənin müddətini uzadıb
Futbol22:23
Heydər Əliyev Mərkəzi Ukrayna bayrağının rəngləri ilə işıqlandırılıb
Xarici siyasət22:21
Foto
Ağdamda minalanmış sahədə genişmiqyaslı yanğın başlayıb
Hadisə22:09
Video
Prezidentin sosial media hesablarında Özbəkistana dövlət səfəri ilə bağlı videoçarx paylaşılıb
Xarici siyasət22:00