Bakı. 28 mart. REPORT.AZ / Bakıda Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində baş vermiş yanğın nəticəsində çoxsaylı insan itkisi ilə əlaqədar aksiya keçirilib.
"Report"un məlumatına görə, Bakının dənizkənarı bulvarına gələn paytaxt sakinləri Kemerovo sakinlərinin kədərini bölüşərək bu faciədə həlak olanların xatirəsinə göyə onlarla ağ rəngli şarlar buraxıblar.
Qeyd edək ki, martın 25-də Rusiyanın Kemerovo şəhərində yerləşən "Qış albalısı" Ticarət-Əyləncə Mərkəzində yanğın baş verib. Alov binanın sonuncu mərtəbəsində - kinozalların olduğu ərazidə qeydə alınıb. Bazar günü olduğundan burada çox sayda uşaq olub.
Yanğın nəticəsində 64 nəfər həlak olub, onlardan 41-i uşaqdır.