Azərbaycanlı məktəblilər suriyalı həmyaşıdlarına hədiyyə və məktub göndərib

Azərbaycanlı məktəblilər suriyalı həmyaşıdlarına hədiyyə və məktub göndərib Kampaniya Suriyadan Türkiyənin müxtəlif ərazilərinə pənah gətirən uşaqlara həsr olunub
Multimedia
31 May , 2017 11:50
Azərbaycanlı məktəblilər suriyalı həmyaşıdlarına hədiyyə və məktub göndərib

Bakı. 31 may. REPORT.AZ/ "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə 1 iyun - "Beynəlxalq Uşaqlar Günü" münasibəti ilə "Suriya uşaqları üçün ümidlər" adlı sosial kampaniya həyata keçirib. 

İttifaqın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, kampaniya Suriyadan Türkiyənin müxtəlif ərazilərinə pənah gətirən uşaqlara həsr olunub.

Əsas məqsəd bu gün dünyada baş verən müharibələr və onun nəticələrindən əziyyət çəkən uşaqlara diqqət yönəltməkdir. Kampaniya çəriçəvində uşaqlar üçün lazımi əşyalar (geyim, oyuncaq və.s), məktəblilərin suriyalı həmyaşıdlarına yazdıqları məktublar toplanıb. Toplanmış əşyalar və məktublar İttifaqın Türkiyə təmsilçisi vasitəsilə ehtiyacı olanlara müvafiq şəkildə çatdırılacaq.

Sosial kampaniyanın tərəfdaşı qismində Təhsil Nazirliyi və tabeliyində olan qurumlar iştirak edib. Kampaniyaya "Bir tələbə könüllü proqramı", fərdi şəxslər, məktəblilər dəstək verib.

Son xəbərlər

Orphus sistemi