Azərbaycan - tolerantlıq nümunəsi

Azərbaycan - tolerantlıq nümunəsi Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Yevdayev Milix İlxanoviç axundun fikirlərilə razıdır
Multimedia
24 Dekabr , 2014 14:46
Azərbaycan - tolerantlıq nümunəsi

Bakı. 24 dekabr. REPORT.AZ/ Azərbaycanın mürəkkəb coğrafi regionda yerləşməsinə baxmayaraq, ölkədə tolerant mühiti mövcuddur. Bunu “Report”a Bakıdakı Cümə Məscidinin axundu Hacı Surxay Məmmədli deyib. 

“Azərbaycanda tolerantlıq bu gün də davam edir. Katolik, pravoslav kilsələri və digər konfessiyalar bir-birlərilə həm dövlət səviyyəsində, həm də dini aspektdə yüksək səviyyədə əlaqələr qururlar”, - o bildirib.

Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Yevdayev Milix İlxanoviç axundun fikirlərilə razıdır: “Azərbaycanda dini tolerantlıq mühitinin səviyyəsi o dərəcə yüksəkdir ki, başqa dövlətlərə nümunə ola bilər. Bu yaxınlarda Fransadan gələn qonaqlar etiraf etdilər ki, Azərbaycanda sizin həyat tərziniz, təhlükəsizliyiniz Fransdakından qat-qat artıqdır. Azərbaycanda tolerantlıq mühiti budur”.

Qeyd edək ki, Azərbaycan Konstitusiyasının 18-ci maddəsində bütün dini etiqadların qanun qarşısında bərabər olduğu, insan şəxsiyyətini alçaldan və insanlıq prinsiplərinə zidd dini baxışların isə qadağan edildiyi qeyd olunub.

Son xəbərlər

Orphus sistemi