AVRO-2020: Azərbaycan Slovakiyaya böyük hesabla məğlub olub - FOTOREPORTAJ

AVRO-2020: Azərbaycan Slovakiyaya böyük hesabla məğlub olub - FOTOREPORTAJ Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.
Multimedia
11 İyun , 2019 21:50
AVRO-2020: Azərbaycan Slovakiyaya böyük hesabla məğlub olub - FOTOREPORTAJ

Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

"Report" xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv bu dəfə Slovakiyanı qəbul edib.

"Bakcell Arena"da keçirilmiş qarşılaşma Azərbaycan yığmasının 1:5 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Görüşdə hesab 8-ci dəqiqədə açılıb. Qonaqların heyətində Stanislav Lobotka komandasını önə keçirib. 27-ci dəqiqədə isə Yuray Kuçka cərimə zərbəsindən baxımlı qola imza atıb. Matçın 29-cu dəqiqəsində Ramil Şeydayev fərqlənməklə Azərbaycan millisini ümidləndirib. Qoldan bir dəqiqə sonra Slovakiyanın kapitanı Marek Hamşik fərqi yenidən artırıb. İlk hissə bu hesabla da başa çatıb. 57-ci dəqiqədə Hamşik özünün ikinci, komandasının 4-cü qolunu vurub. Bu da matçdakı sonuncu qol olmayıb. 85-ci dəqiqədə David Hançko Azərbaycan millisini 5-ci dəfə məyus edib.

Bu nəticədən sonra Slovakiya xallarının sayını 6-ya çatdırıb. Azərbaycanın isə 3 oyundan sıfır xalı var.


***20:51

AVRO-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan-Slovakiya matçında ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, qonaq komanda fasiləyə öndə yollanıb - 3:1. 

8-ci dəqiqədə Stanislav Lobotka fərqlənməklə Slovakiyanı önə keçirib. 27-ci dəqiqədə isə Yuray Kuçka fərqi iki topa çatdırıb. Bundan iki dəqiqə sonra millinin heyətində Ramil Şeydayev fərqi azaldıb. 30-cu dəqiqədə Marek Hamşik fərqi yenidən artırıb.


*** 20:30

AVRO-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan - Slovakiya matçında 4-cü qol vurulub.

"Report"un məlumatına görə, 30-cu dəqiqədə qonaqların kapitanı Marek Hamşik fərqi yenidən 2 topa çatdırıb. Hazırda Slovakiya 3:1 hesabı ilə öndədir.


*** 20:10

AVRO-2020-nin seçmə mərhələsində keçirilən Azərbaycan - Slovakiya matçında hesab açılıb.

"Report"un məlumatına görə, 8-ci dəqiqədə qonaqların heyətində Stanislav Lobotka fərqlənib.


*** 20:00

Azərbaycan millisinin AVRO-2020-nin seçmə mərhələsində növbəti oyunu başlayıb.

"Report"un məlumatına görə, E qrupunda mübarizə aparan komanda "Bakcell Arena"da Slovakiyanı qəbul edir.


*** 18:44

AVRO-2020-nin seçmə mərhələsində üz-üzə gələcək Azərbaycan və Slovakiya milli komandalarının start heyətləri açıqlanıb.

"Report"un məlumatına görə, komandalar ilk dəqiqələrdən meydana aşağıdakı "11-lik"lə çıxacaqlar.

Azərbaycan: 1. Səlahət Ağayev, 3. Şəhriyar Rəhimov 5. Maksim Medvedev (k), 18. Anton Krivotsyuk, 6. Bədavi Hüseynov, 2. Qara Qarayev, 20. Riçard Almeyda, 14. Rəşad Eyyubov, 11. Ramil Şeydayev, 7. Araz Abdullayev, 9. Ağabala Ramazanov

Slovakiya: 23. Martin Dubravka, 2. Peter Pekarik, 3. Denis Vavro, 10. Albert Ruşnak, 11. Robert Bojenik, 14. Milan Şkriniar, 16. David Hançko, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 20. Robert Mak, 22. Stanislav Lobotka

Qeyd edək ki, Azərbaycan - Slovakiya matçı saat 20:00-da "Bakcell Arena"da başlayacaq.

Son xəbərlər

Orphus sistemi