9 ildir əlil arabasına məhkum olan Avropa çempionu: "İnanıram ki, idmana yenidən qayıdacağam" - VİDEO

9 ildir əlil arabasına məhkum olan Avropa çempionu: "İnanıram ki, idmana yenidən qayıdacağam" - VİDEO 9 ildir əlil arabasına məhkum olan Avropa çempionu: "İnanıram ki, idmana yenidən qayıdacağam"
Multimedia
15 Mart , 2024 16:16
9 ildir əlil arabasına məhkum olan Avropa çempionu: İnanıram ki, idmana yenidən qayıdacağam - VİDEO

Ayaqlarım fəaliyyətini itirdiyi üçün məni hərbi xidmətə yararsız kimi yazmaq istədilər, ancaq razılaşmadım, çünki inanıram ki, yenidən sağalıb idmana və hərbi xidmətimə davam edəcəyəm.

Bunu “Report”a müsahibəsində 25 yaşlı Avropa çempionu Rüstəm İmanzadə deyib.

Avropada 3 rekorda imza atan və qitənin ən güclü idmançısı seçilən R.İmanzadə Azərbaycanı təmsil etdiyi yarışlardan birində ağırçəkili ştanqın belinə düşməsi nəticəsində onurğasını zədələyib və ayaqları fəaliyyətini itirib: “Artıq 9 ilə yaxındır ki, yeriyə bilmirəm. 148 kiloqram ağırlıqqaldırmada qolum zədələndi və ağırlıq belimə düşdü. Mənin ən çox qaldırdığım ağırlıq 155 kq olub. Ancaq təəssüf ki, zədəni 148 kq ağırlığı qaldıran zaman aldım. Məni zədələnməyimdən daha çox o çəkini qaldıra bilməməyim sarsıtdı. Həmin an şiddətli ağrı hiss etsəm də, düşünmədim ki, yeriyə bilməyəcəm. Xəstəxanada gözümü açanda artıq ayağımı hiss etmirdim. Həkimlər dedi ki, əgər ilk 6 ayda ayaqlarında hərəkət olarsa, yerimək şansın çoxdur. Mən o anda sadəcə sağalıb yenidən idmana qayıtmaq barədə düşünürdüm. Bu, indi də belədir. İnanıram ki, ayaqlarım sağalacaq və mən yenidən idmana qayıdacağam”.

Daha ətraflı videomaterialı təqdim edirik:

Son xəbərlər

Orphus sistemi