Milli Məclisdə müzakirəyə çıxarılan “Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edilib.
"Report" xəbər verir ki, qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə edilib və birinci oxunuşda səsverməyə qoyularaq qəbul olunub.
Rəqabət Məcəlləsi uzun illərdən sonra Milli Məclisdə müzakirəyə çıxarılıb.
“Report”un xəbərinə görə, hazırda parlamentin iclasında “Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirə olunur.
Layihəni Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edir.
Qeyd edək ki, Rəqabət Məcəlləsi 2006-cı ildə hazırlanaraq Milli Məclisə təqdim edilib. Qanun layihəsi iki oxunuşdan keçsə də, üçüncü oxunuşda müzakirəyə çıxarılmayıb.