TÜRKPA-nın Baş katibi: Türk dövlətləri "yaşıl enerji"nin təşviqini sürətləndirməlidirlər

TÜRKPA-nın Baş katibi: Türk dövlətləri "yaşıl enerji"nin təşviqini sürətləndirməlidirlər Türk dövlətləri "yaşıl enerji"nin təşviqini sürətləndirməlidirlər.
Milli Məclis
22 Yanvar , 2025 12:55
TÜRKPA-nın Baş katibi: Türk dövlətləri yaşıl enerjinin təşviqini sürətləndirməlidirlər
Mehmet Süreyya

Türk dövlətləri "yaşıl enerji"nin təşviqini sürətləndirməlidirlər.

"Report" xəbər verir ki, bunu TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er Milli Məclisdə keçirilən "İqlim dəyişmələri və sağlamlıq: Qanunvericilikdə iqlim dəyişmələrinin sağlamlığa təsirlərinə dair cavab tədbirləri" mövzusuna həsr edilmiş TÜRKPA üzv parlamentlərinin Səhiyyə komitələri sədrlərinin ikinci iclasında deyib.

Onun sözlərinə görə, iqlim dəyişmələrinin təsirlərinin azaldılması, səhiyyə sistemlərinin təkmilləşdirilməsi istiqamətində beynəlxalq səviyyədə əlaqələndirilmə mühüm əhəmiyyət daşıyır:

"Səhiyyə sistemlərinin yükü durmadan artır. Qarşımızda duran əsas vəzifə iqlim dəyişmələrinin zərərli təsirlərinin azaldılması istiqamətində tədbirlər görməkdir. Bu, çox çətin bir vəzifədir. İnanırıq ki, türk dövlətlərinin əməkdaşlığı bu kimi məsələlərin həllində qlobal səylərin təşviqinə töhfə verəcək".

Son xəbərlər

Orphus sistemi