Tarix dərsliklərinə Qərbi Azərbaycanla bağlı xüsusi bölmələrin daxil edilməsi təklif olunur.
"Report" xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Sevinc Hüseynova parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə çıxış edib.
Onun sözlərinə görə, Azərbaycan xalqının başına gətirilən bütün bəlaların öyrənilməsi üzərində işlər davam etdirilməli və gənclərə tarix dərindən çatdırılmalıdır: “Bu baxımdan tarix dərsliklərinə Qərbi Azərbaycanla bağlı xüsusi bölmələrin daxil edilməsi vacib məsələdir. İstər orta məktəblərdə, istər ali təhsil ocaqlarında bunun tədrisi mühüm əhəmiyyət kəsb edir. Qərbi Azərbaycanda yaşayıb yaradan xalqımız, onların mübarizəsi haqqında biliklərin gənc nəslə çatdırılması önəmlidir”.