Spiker: Azərbaycanla bağlı strateji hədəflərin müəyyən edilməsi hökumətin fəaliyyətində səmərəliliyi yüksəldib

Milli Məclis
  • 14 mart, 2025
  • 14:26
Spiker: Azərbaycanla bağlı strateji hədəflərin müəyyən edilməsi hökumətin fəaliyyətində səmərəliliyi yüksəldib
Sahibə Qafarova

Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ölkənin iqtisadi dayanıqlığının qorunmasına, modernləşməyə və xalqın sosial rifahı baxımından yeni böyük uğurlar gətirib.

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında Nazirlər Kabinetinin 2024-cü ildəki fəaliyyəti haqqında hesabatı ilə bağlı danışarkən deyib.

O bildirib ki, dövlət başçısı tərəfindən Azərbaycanın inkişafı ilə bağlı strateji hədəflərin müəyyən edilməsi hökumətin fəaliyyətində məqsədyönlüyü və səmərəliyi yüksəldib:

S.Qafarova əlavə edib ki, ötən il ümumi daxili məhsulun artımı həm neft, həm də qeyri neft-qaz sahələri hesabına əldə edilib:

“İqtisadiyyatın şaxələndirilməsi, xüsusilə də nəqliyyat-tranzit potensialının reallaşdırılması, kənd təsərrüfatının, turizmin, rəqəmsal və yaşıl iqtisadiyyatın inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər görülür. Hökumətin bu istiqamətdə gördüyü işlər iqtisadiyyatın dayanıqlı olmasına xidmət edir”.

44 - Tezliklə