Samir Şərifov polisin maaşının artırılması ilə bağlı təklifə münasibət bildirib

Samir Şərifov polisin maaşının artırılması ilə bağlı təklifə münasibət bildirib “Dövlət başçısının tapşırığı əsasında əmək haqlarının artırılması ilə bağlı təkliflər hazırlanıb”.
Milli Məclis
11 Noyabr , 2021 13:31
Samir Şərifov polisin maaşının artırılması ilə bağlı təklifə münasibət bildirib

“Dövlət başçısının tapşırığı əsasında əməkhaqqlarının artırılması ilə bağlı təkliflər hazırlanıb”.

“Report”un xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov noyabrın 11-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi zamanı deyib.

“Hesab edirəm ki, bunlar hüquq-mühafizə orqanlarında çalışanlara da aid ediləcək”, - nazir vurğulayıb.

Xatırladaq ki, deputat Qüdrət Həsənquliyev iclasda polisin maaşının ən azı iki dəfə artırılmasını təklif edib.

Son xəbərlər

Orphus sistemi