SOCAR ilk fasiləsiz enerji layihəsində iştirak etməkdə maraqlıdır

Energetika
  • 23 noyabr, 2026
  • 14:08
SOCAR ilk fasiləsiz enerji layihəsində iştirak etməkdə maraqlıdır

Azərbaycanda ilk fasiləsiz enerji layihəsində iştirak etmək maraqlı ola bilər.

"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Əfqan İsayev Azərbaycan-İtaliya biznes forumunda deyib.

Onun sözlərinə görə, vanadium batareyaları nəzərdən keçirilməlidir və bu çox maraqlıdır: "Həmçinin Energetika Nazirliyi, Nazirliyin tabeliyindəki Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi və "Azərenerji" ASC ilə birlikdə bu tipli texnologiyaları öz şəbəkəmizə inteqrasiya edə biləcəyimizə çox ümidliyik. Bilirsiniz, adətən əldə etdikləri amma bu halda şəbəkəformalaşdırıcı invertorlar müəyyən çeviklik təmin edir ki, bununla şəbəkənin dayanıqlığını artırmağa əslində kömək edə bilərik. Bu da çox vacib texnologiyadır".

Ə. İsayev əlavə edib ki, Azərbaycanın ölkəboyu inşa etdiyi müəyyən sənaye parkları üçün, şəbəkəyə qoşulmada çətinlik olan bəzi ərazilərdə mikroşəbəkələr işə düşə bilər: "Əsasən, fasiləsiz həllərlə, məsələn "Masdar"ın "Arge" ilə birlikdə Azərbaycanda ilk fasiləsiz enerji layihəsini inkişaf etdirəcəyini bilirik. Bunun üçün də bunda da iştirak etmək maraqlı olardı. Düşünürük ki, mikroşəbəkələr növbəti mərhələdir".