"Xocalı soyqımınıın təşkilatçıları layiq olduqları cəzalarını alacaqlar”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, XX əsrin əvvəllərində on minlərlə azərbaycanlı qətlə yetirilib: "30 il ərzində isə Azərbaycan torpaqlarının bir hissəsi işğal altında saxlanılmışdı. Soyqırıma məruz qalan azərbaycanlıların xatirəsinin yad edilməsi üçün ulu öndər Heydər Əliyev fərman imzalayıb. Azərbaycan Prezidenti İlham Əliyev soyqırımı ilə əlaqədar dəfələrlə xalqa müraciət edib. Sabah soyqırımla bağlı növbəti yürüş keçiriləcək. Xocalı həqiqətlərinin dünya ictaimiyyətinə çatdırılmasında Heydər Əliyev Fondu da sistemli iş aparır. Neçə illər keçsə də, Azərbaycan xalqı Xocalı soyqımını unutmayacaq”.