Sahibə Qafarova: "Deputat özünü heç kəsdən üstün tutmamalıdır"

Sahibə Qafarova: "Deputat özünü heç kəsdən üstün tutmamalıdır" “Milli Məclisin deputatı olmaq yüksək şərəfdir. Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi ölkədə deputat olmaq daha böyük şərəfdir və etibardır”.
Milli Məclis
885
3 Avqust , 2021 12:40
Sahibə Qafarova: Deputat özünü heç kəsdən üstün tutmamalıdır

“Milli Məclisin deputatı olmaq yüksək şərəfdir. Düşünürəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərlik etdiyi ölkədə deputat olmaq daha böyük şərəfdir və etibardır”.

“Report”un xəbərinə görə, bu fikirləri Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, Azərbaycan dövləti Prezident İlham Əliyevin rəhbərliyi ilə çox böyük uğurlar əldə edib: “VI çağırış parlamentin ilk iclasında düşünürəm ki, Prezidentin çıxışı yadınızdadır. Ötən il yarım ərzində parlamentin fəaliyyətini dövlət başçısının çıxışındakı tövsiyələr əsasında qurmağa çalışmışıq. Hər birimiz yaxşı başa düşməliyik ki, deputat olmaq həm də məsuliyyətdir. Deputat özünü heç kəsdən üstün tutmamalıdır. Mən Eldəniz Səlimovun deputat adına yaraşmayan hərəkəti ilə bağlı dərin təəssüfümü bildirirəm”.

Son xəbərlər

Orphus sistemi