“Bu gün Bakıda Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Birinci Üçtərəfli Görüşü keçirildi. Görüşün sonunda Bakı Bəyannaməsi imzalandı. Hesab edirəm ki, bu sənəd ölkələrimiz arasında strateji əlaqələrin möhkəmlənməsinə öz töhfəsini verəcəkdir”.
“Report” xəbər verir ki, bunları Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşünün nəticəsinə dair deyib.
“Mən Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin üçtərəfli görüşünün keçirilməsi barədə təşəbbüsümə verdikləri dəstəyə və dəvətimi qəbul edərək bugünkü tədbirə təşrif buyurduqlarına görə dəyərli həmkarlarım cənab Mustafa Şentop və cənab Əsəd Qeysərə və rəhbərlik etdikləri nümayəndə heyətlərinə təşəkkür edirəm”, - deyə Azərbaycan parlamentinin rəhbəri əlavə edib.