Sahibə Qafarova: “Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin görüşü tarixi hadisədir”

Sahibə Qafarova: “Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin görüşü tarixi hadisədir” Sahibə Qafarova: “Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin görüşü tarixi hadisədir”
Milli Məclis
27 İyul , 2021 15:19
Sahibə Qafarova: “Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin görüşü tarixi hadisədir”
Sahibə Qafarova
0 : 00
0 : 00

“Bu tədbirin keçirilməsi tarixi hadisədir və tarixdə öz yerini tutacaq”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan-Türkiyə-Pakistan parlament sədrlərinin birinci üçtərəfli görüşündə çıxışı zamanı deyib.

O bildirib ki, üç ölkə arasında mövcud olan münasibətlər qardaşlıq əlaqələrinin etimadına söykənir: “Bu əlaqələrin günümüzə qədər gəlib çıxması təqdirəlayiq haldır. Bugünkü görüş hər üç xalqın bir-birinə yaxınlaşması zərurətinin bariz nümunəsidir”.

S.Qafarova qeyd edib ki, Türkiyə və Pakistanın milli maraqları ilə bağlı məsələlərdə hər iki ölkənin mövqeləri ayrı-ayrı platformalarda daim dəstəklənib və bundan sonra da dəstəklənəcək: “Bugünkü görüş dövlətlərimiz arasında olan qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfəsini vermiş olacaq və xalqların daha da yaxınlaşmasına kömək edəcək”.

Son xəbərlər

Orphus sistemi