Milli Məclisdə yeni yaradılan Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaxın günlərdə iclası keçiriləcək.
"Report" xəbər verir ki, bunu parlamentin sədri Sahibə Qafarova oktyabrın 22-də keçirilən plenar iclasda bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyev də Qərbi Azərbaycanla bağlı məsələləri dəfələrlə qaldırıb: “Ümumi fikri ifadə edərək Təşəbbüs Qrupunun yaradılması haqqında sərəncama imza atdım. Təşəbbüs Qrupunun fəaliyyətinin aydınlaşdırılması üçün yaxın günlərdə iclas keçirilməsi mütləqdir”.
Təşəbbüs Qrupunun rəhbəri, deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli isə vurğulayıb ki, Ermənistan Azərbaycana qarşı mina terroru və müharibəni davam etdirir, bunun üçün sürətlə silahlanır: "Proseslərin fonunda İcmanın müraciəti ilə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun yaradılması təklifi qəbul edildi. İnanıram ki, Təşəbbüs Qrupu öz üzərinə düşən vəzifələrin öhdəsindən gəlmək üçün çalışacaq".