Pozuntulara yol verən hakimlər barəsində xüsusi qərardad çıxarılacaq

Pozuntulara yol verən hakimlər barəsində xüsusi qərardad çıxarılacaq Milli Məclisin bu gün keçirilən iclasında Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Milli Məclis
185
9 İyul , 2021 11:39
Pozuntulara yol verən hakimlər barəsində xüsusi qərardad çıxarılacaq

Milli Məclisin bu gün keçirilən iclasında Mülki Prosessual Məcəlləyə dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, dəyişiklik layihəsi Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel 2019-cu il tarixli Fərmanının icrası istiqamətindəki tədbirlər çərçivəsində hazırlanıb.

Dəyişikliklə Məcəlləyə yeni - 438-1-ci maddədə əlavə edilir. Yeni maddəyə əsasən, Ali Məhkəmənin Plenumu işə birinci, apelyasiya və kassasiya instansiyası məhkəmələrində baxılması zamanı prosessual normaların kobud pozulmasına yol vermiş hakimlər barəsində xüsusi qərardad çıxara bilər.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi