Parlament seçkilərinə qatılmaq üçün müraciət edənlərin sayı açıqlanıb

Parlament seçkilərinə qatılmaq üçün müraciət edənlərin sayı açıqlanıb Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 802 nəfər müraciət edib.
Milli Məclis
20 Dekabr , 2019 17:29
Parlament seçkilərinə qatılmaq üçün müraciət edənlərin sayı açıqlanıb
Report

"Azərbaycanda 2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 802 nəfər müraciət edib".

"Report" xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

Onun sözlərinə görə, namizədlərin 123 nəfəri 8 siyasi partiya tərəfindən irəli sürülüb: "4 nəfər təşəbbüs qrupları tərəfindən, 675 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb. Fərdi qaydada namizədliklərini irəli sürənlərdən 291 nəfərinin 16 siyasi partiyaya mənsubiyyəti var".

M.Pənahov bildirib ki, həmin müraciət edən şəxslərin 447 nəfərinin namizədliyi artıq təsdiq olunub. Onlardan 339 nəfəri isə imza vərəqələrini artıq götürüb.

Son xəbərlər

Orphus sistemi