Pakistan Milli Assambleyasının sədr müavini: “Azərbaycan inkişaf edən, öz kimliyini bərqərar edən dövlətə çevrilib”

Pakistan Milli Assambleyasının sədr müavini: “Azərbaycan inkişaf edən, öz kimliyini bərqərar edən dövlətə çevrilib” “Azərbaycan inkişaf edən, öz kimliyini bərqərar edən dövlətə çevrilib”.
Milli Məclis
16 May , 2023 13:26
Pakistan Milli Assambleyasının sədr müavini: “Azərbaycan inkişaf edən, öz kimliyini bərqərar edən dövlətə çevrilib”

“Azərbaycan inkişaf edən, öz kimliyini bərqərar edən dövlətə çevrilib”.

“Report” xəbər verir ki, bunu Pakistan Milli Assambleyasının sədr müavini Zahid Akram Durrani Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda deyib.

“İki ölkə arasında olan münasibətlərin daha da güclənməsini, dostluq münasibətlərinin artmasını istəyirik. Heydər Əliyev xalqı qarşısında öhdəliyini layiqincə yerinə yetirib, onun irsi bu gün də ölkənin gələcəyi naminə inkişaf edir. Heydər Əliyev Azərbaycan tarixində görkəmli şəxsiyyət olub. O, Azərbaycanın çox çətin dövründə rəhbər olub, ölkəsini çətinliklərdən üzüağ çıxarıb. Azərbaycan bütün çətinliklərə baxmayaraq, inkişaf və rifah yoluna qədəm qoyub, bu işi layiqincə bu gün də davam etdirir. Heydər Əliyev Azərbaycan xarici siyasətinin, iqtisadiyyatının inkişaf etdirilməsi və səmərəli dövlət idarəçiliyinin təməlinin yaradılmasının əsasını hələ ötən əsrin 60-cı illərdən başlayaraq qoyub”, - deyə o bildirib.

Pakistan rəsmisi vurğulayıb ki, bu gün Azərbaycan dinamik inkişaf edən dövlətə çevrilib: “Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və Ulu Öndərin bu sahədə gördüyü işlər həmişə böyük minnətdarlıq hissi ilə yadda qalıb. Onun irsi müxtəlif nəsilləri ilhamlandırır. Azərbaycanın qarşısında hələ o vaxt Qarabağ və təhlükəsizliklə bağlı müxtəlif problem, çətinlikliklər vardı. Heydər Əliyev müstəqil Azərbaycan xalqının həyatında böyük iz qoyub. Azərbaycanın Heydər Əliyev adı altında qazanılan nailiyyətləri xüsusi qeyd edilməlidir. Azərbaycan inkişaf edən, öz kimliyini bərqərar edən dövlətə çevrilib. Pakistan da oxşar uğurlara nail olmaq üçün yola çıxıb. İnanırıq ki, iki ölkə birgə işləyərək qarşılıqlı rifaha nail ola biləcək. İrsimiz, dəyərlərimiz müxtəlif sahələrdə əməkdaşlıq üçün potensial yaradır. Daha sıx əməkdaşlıq etməliyik ki, qarşıda duran çətinliklərə tab gətirə bilək. Birgə işləsək, daha təhlükəsiz, inkişaf etmiş gələcəyi təmin etmiş olacağıq. Nəinki iki ölkədə, eləcə də bütün regionda bunu təmin etmiş olacağıq”.

Son xəbərlər

Orphus sistemi