MSK sədri: “Əmlakla bağlı məsələni istəsək də, nəzərə ala bilmirik”

Milli Məclis
  • 08 yanvar, 2020
  • 12:21
MSK sədri: “Əmlakla bağlı məsələni istəsək də, nəzərə ala bilmirik”

“Əmlakla bağlı məsələni istəsək də, nəzərə ala bilmirik”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

M.Pənahov deyib ki, əmlak və gəlirlərin açıqlanması Seçki Məcəlləsinin tələbidir:

"Digər düzəlməsi mümkün olan məsələlərlə bağlı MSK çalışır ki, iddiaçının xeyrinə məsələni həll etsin. Biz açıq qanun pozuntusu istisna olmaq şərtilə çalışırıq ki, namizədin xeyrinə qərar qəbul edək”.

44 - Tezliklə