Bu gün Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib və bununla da sessiya sona çatıb.
"Report"un xəbərinə görə, 2021-ci il yaz sessiyasının qanunvericilik işləri planına daxil edilən 10 qanun layihəsi müzakirəyə çıxarılmayıb.
Bunlar aşağıdakılardır:
1. Cinayət Məcəlləsinin Xüsusi hissəsinin “Sülh və insanlıq əleyhinə cinayətlər” bölməsinin yeni redaksiyasının layihəsi;
2. “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi;
3. “Qeyri-maddi mədəni irsin qorunması haqqında” qanun layihəsi;
4. “Təhsil kreditləri haqqında” qanun layihəsi;
5. “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsi;
6. "Qida təhlükəsizliyi haqqında” qanun layihəsi;
7. “Lombardlar haqqında” qanun layihəsi;
8. “Turizm haqqında” qanun layihəsi;
9. “Qiymətləndirmə fəaliyyəti haqqında” qanun layihəsi;
10. “Ali təhsil haqqında” qanun layihəsi“.