Milli Məclisin Avronest Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili və nümayəndə heyətinin üzvləri Tural Gəncəliyev, İltizam Yusifov, Vüqar Bayramov, Soltan Məmmədov və Nurlan Həsənov bu təşkilatın 10-cu plenar sessiyasında iştirak etmək üçün fevralın 18-də Moldovanın Kişineu şəhərinə səfər edəcəklər.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sessiyadan əvvəl Avronest PA Bürosunun, Siyasi məsələlər, insan hüquqları və demokratiya, Enerji təhlükəsizliyi, İqtisadi inteqrasiya və Sosial məsələlər üzrə komitələrinin iclasları keçiriləcək, hesabatlar dinləniləcək və müvafiq qərarlar qəbul olunacaq.
Avronest PA-nın 10-cu plenar sessiyasında isə Şərq Tərəfdaşlığı siyasətinin gələcəyinə dair müzakirələr aparılacaq.
Səfər fevralın 21-də başa çatacaq.