Dövlət Komitəsinin ötən il üzrə məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub - YENİLƏNİB

Dövlət Komitəsinin ötən il üzrə məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub - YENİLƏNİB Milli Məclisdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatı müzakirə olunur.
Milli Məclis
25 Oktyabr , 2023 12:28
Dövlət Komitəsinin ötən il üzrə məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub - YENİLƏNİB

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatı müzakirələrdən sonra Milli Məclisin plenar iclasına tövsiyə olunub.

"Report" xəbər verir ki, hesabat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

11:00

Milli Məclisdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il üzrə məlumatı müzakirə olunur.

“Report” xəbər verir ki, hesabat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

İclasda Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, MM-in Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputatlar və digər rəsmilər iştirak edir.

Qeyd olunub ki, Dövlət Komitəsi 2022-ci ildə əsasnaməsi ilə müəyyən edilmiş istiqamətlər üzrə və iş planına uyğun fəaliyyət göstərib. Qurum öz fəaliyyətində bütün dövlət orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları və media quruluşları ilə səmərəli əməkdaşlıq edib.

Dövlət Komitəsi keçən il ərzində 16 Dövlət Proqramı üzrə öhdəliklərini və eyni zamanda, 5 Milli Fəaliyyət Planının icrası istiqamətində tədbirlər həyata keçirib. Qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində Komitə tərəfindən 11 sənəd layihəsi hazırlanıb, 10 sənəd layihəsinə rəy və təkliflər verilib.

Eyni zamanda fəaliyyət istiqamətlərinə uyğun məsələlər üzrə (yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın 2023-cü il tədbirlər planına təkliflər, uşaq müəssisələrinin fəaliyyətinə nəzarətin artırılması, dövlət və qeyri-dövlət uşaq müəssisələrində normaların müəyyən olunması və s. mövzular) müxtəlif qurumlara 20 tövsiyə və təklif sənədi hazırlanıb.

Son xəbərlər

Orphus sistemi