Milli Məclis Parlamentlərarası İttifaq ilə birgə iclas keçirə bilər

Milli Məclis Parlamentlərarası İttifaq ilə birgə iclas keçirə bilər Milli Məclisin sədri Sahibə Qafarova Millətlər Birliyinin Baş katibinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
Milli Məclis
11 May , 2024 16:27
 Milli Məclis Parlamentlərarası İttifaq ilə birgə iclas keçirə bilər

COP29 çərçivəsində Azərbaycan Milli Məclisi Parlamentlərarası İttifaq ilə birlikdə Parlament İclası təşkil etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə Milli Məclisin sədri Sahibə Qafarovanın Millətlər Birliyinin Baş katibi Patrisiya Skotlendin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşündə məlumat verilib.

Bildirilib ki, Azərbaycanın Birlik üzvləri ilə ikitərəfli əlaqələri var. Spiker Sahibə Qafarova Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının həyata keçirdiyi tədbirlərin təşkilatın nüfuzunun daha da artmasına və üzv dövlətlər arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənməsinə töhfələr verdiyini bildirib. Qeyd olunub ki, Azərbaycan sədrliyi dövründə Qoşulmama Hərəkatına üzv olan ölkələrin ehtiyaclarına həmişə xüsusi diqqət yetirib.

Milli Məclisin sədri Sahibə Qafarova qonaqlara Hərəkatın Parlament Şəbəkəsinin yaradılması haqqında məlumat verib. O, 2021-ci ildə keçirilmiş təsis iclasından bəri Parlament Şəbəkəsinin böyüməyə və sıralarına yeni üzvləri qəbul etməyə davam etdiyini, bu gün Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentlərinin yarıdan çoxunun Şəbəkədə təmsil olunduğunu bildirib.

Patrisiya Skotlend Azərbaycanın Hərəkata sədrliyi dövründə ölkəmizin təşəbbüsü ilə həyata keçirilən tədbirləri yüksək qiymətləndirərək, vurğulayıb ki, Azərbaycanın sədrliyi kiçik dövlətlərin səslərinin eşidilməsi üçün yaxşı imkanlar yaradıb.

Söhbət zamanı Patrisiya Skotlendin həm də Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü olduğu qeyd edilib, Azərbaycanın Birləşmiş Krallıqla əlaqələrə böyük əhəmiyyət verdiyi, bu əlaqələrin ikitərəfli əməkdaşlığın müxtəlif sahələrində dinamik şəkildə inkişaf etdiyi diqqətə çatdırılıb.

Görüşdə bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 haqqında da müzakirələr aparılıb. Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, COP29 çərçivəsində Azərbaycan Milli Məclisi Parlamentlərarası İttifaq ilə birlikdə Parlament İclası təşkil etməyi planlaşdırır ki, bu görüş çoxtərəfli iqlim fəaliyyətinə parlament töhfəsi olacaq.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi