Məhəmməd Haif Əl-Muteyri: Küveytlə Azərbaycan arasında təhsil və səhiyyə sahələrində yaxşı əməkdaşlıq qurulub

Məhəmməd Haif Əl-Muteyri: Küveytlə Azərbaycan arasında təhsil və səhiyyə sahələrində yaxşı əməkdaşlıq qurulub Milli Məclisin Küveytlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Küveyt Ümmət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclis
22 Yanvar , 2024 18:21
Məhəmməd Haif Əl-Muteyri: Küveytlə Azərbaycan arasında təhsil və səhiyyə sahələrində yaxşı əməkdaşlıq qurulub

Milli Məclisin Küveytlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Küveyt Ümmət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Report" xəbər verir ki, qonaqları Milli Məclisdə salamlamaqdan məmnunluğunu bildirən Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vahid Əhmədov onları Küveytdə keçirilmiş parlament seçkilərində qələbə qazanmaları münasibətilə təbrik edib, işlərində uğurlar arzulayıb. O, iki dövlət arasında münasibətlərin inkişafından söz açaraq, Azərbaycanın ərəb ölkələri ilə, o cümlədən Küveytlə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini deyib. Ölkə başçılarımız arasında yaxşı münasibətlərin mövcud olduğunu qeyd edən Vahid Əhmədov ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin durmadan inkişaf etməsindən razılıqla danışıb. O, qonaqların bu səfərinin də parlamentlərarası əlaqələrimizin daha da inkişaf etməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Görüşdə iştirak edən Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Hicran Hüseynova, Eldar Quliyev, Əli Məsimli və Ceyhun Məmmədov iki ölkə arasında əlaqələrin tarixi və gələcək perspektivləri barədə fikirlərini bölüşüblər.

Küveyt Ümmət Məclisinin Azərbaycanla parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyri qonaqpərvərliyə və səmimi söhbətə görə minnətdarlığını bildirib. O, Küveytlə Azərbaycan arasında bir çox sahələrdə, o cümlədən təhsil və səhiyyə sahələrində yaxşı əməkdaşlığın qurulduğunu və bu əməkdaşlığın genişləndirilməsi üçün daha geniş imkanlar olduğunu diqqətə çatdırıb.

Söhbət zamanı parlamentlərarası əlaqələrin inkişafı, iqtisadiyyat, turizm, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın daha da gücləndirilməsi, Azərbaycanın işğaldan azad etdiyi ərazilərində apardığı bərpa-quruculuq işləri, İslam həmrəyliyi və digər mövzularda fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi