ATƏT PA-nın illik sessiyasında Azərbaycanla Ermənistan arasındakı vəziyyət müzakirə olunacaq

ATƏT PA-nın illik sessiyasında Azərbaycanla Ermənistan arasındakı vəziyyət müzakirə olunacaq Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Azay Quliyev, nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev və Tural Gəncəliyev 30 iyun – 4 iyul tarixlərində Kanadanın Vankuver şəhərində keçiriləcək AT
Milli Məclis
25 İyun , 2023 10:20
ATƏT PA-nın illik sessiyasında Azərbaycanla Ermənistan arasındakı vəziyyət müzakirə olunacaq
Google.az

Milli Məclisin deputatları - ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Azay Quliyev, nümayəndə heyətinin üzvləri Tahir Mirkişili, Ağalar Vəliyev və Tural Gəncəliyev 30 iyun – 4 iyul tarixlərində Kanadanın Vankuver şəhərində keçiriləcək ATƏT Parlament Assambleyasının 30-cu illik sessiyasının işində iştirak edəcəklər.

Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, millət vəkilləri qurumun Siyasi məsələlər və təhlükəsizlik, Demokratiya, insan hüquqları və humanitar məsələlər, İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitələrinin və Daimi komitənin yığıncaqlarında iştirak edəcəklər.

Sessiya zamanı deputatlarımız Azərbaycanla Ermənistan arasındakı münasibətlərin cari durumu haqqında çıxışlar edəcək, ölkəmizin maraqlarına aid məsələləri diqqətə çatdıracaqlar.

İyulun 1-də Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə yaradılmış İpək Yolu Qrupunun növbəti iclası keçiriləcək.

Deputatlarımız qurumun tədbirlərində qaldırılacaq məsələlərə öz münasibətini bildirəcəklər.

Səfər iyulun 5-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi